Hindistanda ən azı 10 uçuş saxta bomba xəbərdarlığı səbəbindən təxirə salınıb

Hindistanda ən azı 10 uçuş saxta bomba xəbərdarlığı səbəbindən təxirə salınıb
Dünya 20

Hindistanda son 48 saat ərzində ən azı 10 uçuş saxta bomba xəbərdarlığı səbəbindən təxirə salınıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Sinqapur Hava Yolları bomba xəbərdarlığı üzərinə Air India Express-ə məxsus təyyarəni əhalinin sıx olduğu bölgələrdən uzaqlaşdırmaq üçün iki döyüş təyyarəsini cəlb edib.

Eyni gündə Dehlidən Çikaqoya uçan Air India təyyarəsi ehtiyat tədbiri kimi Kanadada hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.

Saxta bomba xəbərdarlıqları Hindistanda tez-tez müşahidə olunsa da, son günlərdə bu xəbərlərin artmasının səbəbi bilinmir. Hindistan Mülki Aviasiya Baş İdarəsi və Mülki Aviasiya Təhlükəsizlik Bürosu rəsmiləri BBC-nin açıqlama ilə bağlı sorğusuna cavab verməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər