HƏMAS isrialli əsirlərin azad edilməsi üçün şərtini AÇIQLADI
"HƏMAS əsirləri yalnız İsrailin Qəzza zolağına qarşı hücumları dayandırıb hərbi qüvvələrini çıxarmasından sonra azad edəcək".
BAKU.WS xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun sədr müavini Xalil əl-Hayya Fələstin "Əl-Əqsa" telekanalına bildirib.
"Qəzzaya qarşı hücumlar dayandırılandan, hərbi qüvvələr tamamilə çıxandan və qəhrəman əsirlərimiz azad ediləndən sonra israilli əsirlər də geri qaytarılacaq", - deyə əlavə edib.
Qeyd edək ki, ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu əsirləri azad edən və təslim olan fələstinlilərin Qəzza zolağında həyatda qalma və getməyə icazə veriləcəyini açıqlayıb.
Oxşar xəbərlər
Əhaliyə XƏBƏRDARLIQ - Bu gecədən başlayaraq…
Oktyabrın 30-da Yer kürəsində maqnit sahəsində dalğalanmalar müşahidə olunacaq. BAKU.WS xəbər verir ki, aktivliyin əsas mənbəyi 4246 nömrəli Günəş ləkələri qrup...