HƏMAS girovları azad etmək üçün Qəzzada atəşkəs tələb edir
Fələstinin HƏMAS hərəkatı israilli girovların azad edilməsi prosesinə yanvarın 19-da başlamaq üçün İsraildən atəşkəs razılaşmasının qüvvəyə minməsinə 48 saat qalmış Qəzza zolağında atəşi dayandırmağı tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Qətər, Misir və ABŞ yanvarın 19-da sazişin qüvvəyə minməsindən əvvəl HƏMAS və İsrail arasında atəşkəsin həyata keçirilməsini təmin etmək üçün böyük səylər göstərirlər. Vasitəçilər, həmçinin İsrail tərəfinə cümə günü HƏMAS ilə razılaşmanı təsdiqləməsi üçün təzyiq edirlər.
Oxşar xəbərlər
Kiyevdə güclü partlayışlar olub
Oktyabrın 25-nə keçən gecə Rusiya ordusu Kiyevə ballistik raket zərbələri endirib. BAKU.WS yerli mənbələrə istinadla verdiyi xəbərə görə, hücum nəticəsində bir...