HƏMAS: "620 fələstinli azad olunmayana qədər atəşkəs danışıqlarına qatıla bilmərik"

HƏMAS-ın Siyasi Bürosunun üzvü Basem Naim İsrailin şənbə günü 620 fələstinli azad olunmayana qədər atəşkəs danışıqlarına qatılmayacaqlarını bildirib.
BAKU.WS xəbər verir ki, Naim İsrailin atəşkəs razılaşmasının ikinci mərhələsinə dair aparılan müzakirələr və razılaşmanı pozması ilə bağlı açıqlamalar verib. O, vasitəçilərə açıq və güclü mesaj göndərdiklərini qeyd edib: "Bu 620 fələstinli azad olunmayana qədər atəşkəs danışıqlarına qatıla bilmərik".
HƏMAS nümayəndəsi təşkilatın razılaşmaya uyğun olaraq bütün öhdəliklərini yerinə yetirdiyini vurğulayaraq "Təəssüf ki, Netanyahu və hökuməti həmişə razılaşmanı pozmağa və sabotaj etməyə çalışıb. Onlar 100-dən çox fələstinlini qətlə yetiriblər, fələstinlilərin əsas ehtiyaclarının böyük hissəsinin Qəzza zolağına girişinə mane olublar və ən son 620 fələstinli məhbusu azad etməyi rədd ediblər", – deyə bildirib.
HƏMAS sözçüsü Əbdüllətif Əl-Kanu İsrailin atəşkəsin birinci mərhələsinə dair bütün öhdəliklərini yerinə yetirməməsinin "qalan israilli əsirlərin azad edilməsinə xidmət etmədiyini" qeyd edib.
"İşğal rejimi razılaşmaya əməl etmədikcə və birinci mərhələnin tələblərini yerinə yetirmədikcə müqavimət yeni danışıqlara girməyəcək. Humanitar yardım protokolunun yerinə yetirilməməsi və 7-ci qrup məhbusların azad edilməsinin təxirə salınması, işğalçıların razılaşmanı pozmaq niyyətini göstərir", – deyə Əl-Kanu bildirib.
O, İsrailin davamlı pozuntuları ilə bağlı vasitəçilərlə əlaqə saxladıqlarını vurğulayıb.
Qeyd edək ki, HƏMAS şənbə günü atəşkəs razılaşması çərçivəsində 6 israilli əsiri azad edib, lakin İsrail razılaşmanı pozaraq 620 fələstinli məhbusun azad edilməsini təxirə salıb.
Oxşar xəbərlər
NASA kosmosa göndərdiyi siçanlarda sümük dəyişiklikləri aşkarladı
NASA-nın Beynəlxalq Kosmos Stansiyasına göndərdiyi siçanların bud sümüklərində ciddi zədələnmələr müşahidə edilib. Alimlər bunun mikroqravitasiyanın təsiri ilə...
