Hələb və İdlibə hücum edən azı 400 silahlı öldürülüb

Hələb və İdlibə hücum edən azı 400 silahlı öldürülüb
Dünya 93

Suriya Ərəb Ordusu Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Hələb və İdlib əyalətlərinə hücum edən azı 400 silahlını məhv edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Suriyada Müharibə Tərəflərinin Barışıq Mərkəzinin (CPVS) rəis müavini ) kapitanı Oleq İqnasyuk brifinqdə bildirib.

"Noyabrın 27-də saat 7:50-dən başlayaraq "Cəbhət ən-Nusra" terror təşkilatı ilə əlaqəli qeyri-qanuni silahlı dəstələr Hələb və İdlib əyalətlərində Suriya hökumətinin nəzarətində olan ərazilərə hücum ediblər. Suriya Ərəb Ordusu Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə inadla döyüşür", - deyə o bildirib.

İqnasyuk aydınlaşdırıb ki, son 24 saat ərzində terrorçular texnika və canlı qüvvədə əhəmiyyətli itkilər verib, azı 400 nəfər həlak olub.

Bundan əlavə, son 24 saat ərzində İdlibin deeskalasiya zonasında "Cəbhət ən-Nusra" silahlıları tərəfindən Suriya hökumət qoşunlarının mövqelərinə 13 hücum qeydə alınıb: onlardan 12-si İdlib əyalətində, digəri Hələb əyalətində.

Oxşar xəbərlər

ABŞ Suriyadan neçə hərbçisini çıxaracaq?

ABŞ Suriyadan neçə hərbçisini çıxaracaq?

ABŞ Suriyadakı hərbi kontingentinin sayını 500 nəfərə endirməyi planlaşdırır. BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən...

0 Dünya 10:11 18 aprel 2025

Son xəbərlər