Həddindən artıq isti havalar infarkt riskini artırır
Yay aylarında müşahidə olunan yüksək temperatur ürək-damar sistemi üçün ciddi təhlükə yarada bilər. Mütəxəssislər xüsusilə 30 dərəcədən yuxarı isti havalarda infarkt riskinin artdığını bildirirlər.
BAKU.WS xəbər verir ki, Mersin Şəhər Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi, kardioloq Prof. Dr. Mehmet Ballının sözlərinə görə, son günlər havaların isinməsi ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin daha diqqətli olması vacibdir.
Həkim qeyd edib ki, yüksək temperatur zamanı orqanizm daha çox maye və elektrolit itirir. Bədən istiliyini tənzimləmək üçün ürək daha çox qan vurmalı olur ki, bu da onun yükünü artırır və infarkt riskini yüksəldir.
Prof. Dr. Mehmet Ballı ürək-damar xəstələrinə yay mövsümündə qidalanmaya xüsusi diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, ağır qidalar ürəyin işini daha da çətinləşdirə bilər.
Mütəxəssis bildirib ki, xüsusi tibbi məhdudiyyət olmadığı halda gün ərzində ən azı 2,5 litr maye qəbul edilməlidir. Su əsas içki olmalı, ayran və mineral su kimi elektrolit balansını dəstəkləyən içkilərə üstünlük verilməlidir. Şəkərli, qazlı içkilər, eləcə də çay və qəhvə isə suyun əvəzi hesab edilməməlidir.
Həkim həmçinin günəş şüalarının ən dik düşdüyü saatlarda çölə çıxmamağı, həddindən artıq fiziki yüklənmədən uzaq durmağı tövsiyə edib.
Onun sözlərinə görə, çox tərlədikdən sonra qəfil soyuq mühitə keçmək və ya soyuq suya girmək ürək ritminin pozulmasına səbəb ola bilər. Buna görə də isti və sərin mühitlər arasında keçid tədricən edilməli, kondisionerin temperaturu isə orqanizmin rahat uyğunlaşa biləcəyi səviyyədə saxlanılmalıdır.
Oxşar xəbərlər
Moskvada sarı XƏBƏRDARLIQ edildi
Rusiyanın paytaxtı Moskvada iyulun 16-sı üçün güclü küləklə əlaqədar "sarı" hava təhlükəsi səviyyəsi elan olunub. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Hidro...