"Harry Potter"in yayımlanacağı tarix bilinib

Harry Potterin yayımlanacağı tarix bilinib
Dünya 109

"Harry Potter"in seriyası 2026-2027-ci ilə qədər yayımlanmayacaq.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bunu "Home Box Office"nin (HBO) seosu bildirib.

Bloysun fikrincə, premyera tarixləri haqqında danışmaq hələ tezdir.

Layihə komandası işin ilkin mərhələsindədir. Eyni zamanda, HBO-nun rəhbəri şoumen Françeska Qardiner və rejissor Mark Mylodun işi ilə bağlı həyəcanlı olduğuna aydınlıq gətirib.

"2026-2027-ci illərin sonunda. Yazıçılar yenicə yazmağa başlayırlar, ona görə də efir tarixi haqqında danışmaq hələ tezdir", - deyə Bloys qeyd edib.

HBO rəhbəri əlavə edib ki, bir neçə gündən sonra əsas rollar üçün kastinq başlayacaq.

Aprel ayında HBO qarşıdan gələn Harry Potter seriyası üçün ilk tizer treylerini yayımlayıb. Tizerdə C.K.Roulinqin dünya şöhrətli sehrbaz haqqında yazdığı kitablar silsiləsini tam əks etdirəcək yeni seriyanın buraxılışı elan edilib. Şounun premyerası 2026-cı ildə planlaşdırılır.

Oxşar xəbərlər

Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən

Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən

ABŞ Prezidenti Donald Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri ayətulla...

63 Dünya 18:18 20 oktyabr 2025

Son xəbərlər