Hakim 103 yaşlı britaniyalının uzunömürlülüyünün sirrini açıqlayıb
103 yaşlı britaniyalı pasiyent həkimi ilə söhbət zamanı xoşbəxt və uzun ömrün əsas amilini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.
Təcili tibbi yardım həkimi Tulsi Patel "TikTok" platformasında paylaşdığı videoda uzunömürlü pasiyenti ilə söhbətini nəql edib.
Onun sözlərinə görə, uzun ömrün sirri barədə suala yaşlı britaniyalı tərəddüd etmədən belə cavab verib: "Dostların olması".
Bu fikir rəsmi tibb tərəfindən də təsdiqlənir. Həkimlər bildirirlər ki, güclü sosial əlaqələr depressiya və hipertoniya riskini azaldır, eyni zamanda insan ömrünün uzanmasına müsbət təsir göstərir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) də açıq şəkildə bəyan edir ki, tənhalıq və sosial təcrid həm psixoloji, həm də fiziki sağlamlığın pisləşməsi üçün əsas risk faktorlarındandır.
Mütəxəssislərin fikrincə, uzunömürlülüyün əsas "resepti" ünsiyyət, balanslaşdırılmış qidalanma, keyfiyyətli yuxu, stressin idarə olunması və alkoqoldan istifadədə ölçülü olmaqdır.
Oxşar xəbərlər
Braziliyada avtobus qəzası: 16 nəfər ölüb, 44 nəfər yaralanıb
Braziliyanın şimal-şərqində yerləşən Alaqoas ştatında avtobusun aşması nəticəsində 16 nəfər həyatını itirib, 44 nəfər isə xəsarət alıb. BAKU.WS xəbər verir ki,...