Hafiz Əsədin məzarı açılıb, sümükləri oğurlanıb - İDDİA
Suriyada devrilmiş Bəss rejiminin sabiq lideri Bəşər Əsədin atası Hafiz Əsədin məzarı açılaraq sümüklərinin oğurlandığı iddia edilib.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, hadisə Hafiz Əsədin vətəni olan Laziqiyə şəhərinin Kardaha bölgəsində baş verib. Kimliyi məlum olmayan şəxslər tərəfindən həyata keçirilən hücumdan sonra Əsədin sümüklərinin harada olduğu bilinmir.
Rus mediasının yaydığı məlumatlarda sosial şəbəkələrdə paylaşılan görüntü və fotolarda Hafiz Əsədin məqbərəsindəki bəzəkli məzar daşının yerində böyük bir boşluğun olduğu görünür.
Qeyd edək ki, Hafiz Əsədin məzarı ötən ilin dekabr ayında da yandırılmış və ciddi zərər görmüşdü. Hadisənin səbəbi və sümüklərin aqibəti ilə bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
Gözəllik müsabiqəsinin finalçısı üç uşağının gözü qarşısında güllələndi
Filippində 2013-cü ildə keçirilmiş "Miss Earth Philippines" gözəllik müsabiqəsinin 32 yaşlı finalçısı Lullet Ceyn Ramilo de Qusman naməlum şəxslər tərəfindən gü...