"Haber Global" Kahramanmaraşda Xocalı abidəsinə dair süjet hazırlayıb

"Haber Global" Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən videosüjet hazırlayıb.
Süjetdə Kahramanmaraşda baş verən zəlzələdən sonra dağıntılara məruz qalmış ərazilərdən birinin bərpasını Azərbaycanın öz üzərinə götürməsi və "Azərbaycan məhəlləsi" adlanan bu ərazidə aparılan işlər xatırladılıb.
Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin enerji sahəsində mühüm əməkdaşlıq məsələləri ilə bağlı Türkiyə səfəri fonunda Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsi olan Kahramanmaraşda inşa edilmiş Xocalı abidəsindən də bəhs edilib.
Bildirilib ki, 26 fevral 1992-ci ildə törədilmiş Xocalı soyqırımının xatirəsinə 2019-cu ildə ərsəyə gəlmiş abidə "İki dövlət, bir millət" ifadəsinin ən bariz nümunələrindən hesab edilir. Həmçinin qeyd edilib ki, Türkiyənin bir çox bölgəsində də Xocalı soyqırımı abidələri mövcuddur.
Ətraflı videosüjetdə:
Oxşar xəbərlər
Rusiyanın bəzi hava limanlarında yüzlərlə aviareys ləğv edilib
Moskvanın hava limanlarında, həmçinin Rusiyanın Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərində uçuşlar ləğv olunur və ya gecikir. BAKU.WS "Rep...
