Gürcüstanın baş naziri Qərbin LGBT ilə bağlı tənqidinə reaksiya verib
Gürcüstan Qərbin LGBT-yə qarşı qanunla bağlı tənqidini anlamır.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Koxabidze danışıb.
Hökumət başçısı Qərb ölkələrinin LGBT təbliğatına qarşı qanun layihəsinə yönəlmiş tənqidlərini "narahatedici və anlaşılmaz" adlandırıb.
Qeyd edək ki, 4 sentyabrda Gürcüstan parlamenti bu qanunu üç oxunuşdan ikincisində təsdiqləyib. Parlamentdə əksəriyyəti İrakli Koxabidzenin rəhbərlik etdiyi "Gürcü Arzusu" partiyası təşkil edir.
Qanunun qəbulu Avropa xarici siyasət xidməti və ABŞ-nin sanksiyalar üzrə koordinatoru Ceyms O"Brayen tərəfindən mənfi reaksiya ilə qarşılanıb.
Oxşar xəbərlər
Yeni yaranan planet aşkarlandı
Astronomlar bir milyon ildən də az yaşı olan və Yupiter ölçüsündə yeni yaranan planet aşkarlayıblar. Elias 2-24 b adlandırılan bu səma cisminin olduqca gənc olm...