Gürcüstandan azərbaycanlı da daxil olmaqla 55 əcnəbi ölkədən çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 55 əcnəbini ölkədən deportasiya ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirlər ölkə DİN-in digər aidiyyəti dövlət qurumları ilə koordinasiya şəraitində həyata keçirilib.
Miqrasiya Departamentinin məlumatına görə, kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tailand, Misir, İraq və digər ölkələrdən olan ümumilikdə 55 əcnəbi Gürcüstandan çıxarılıb.
Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...