Gürcüstan prezidentinə qarşı impiçment başladılacaq - SƏBƏB
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası ölkə başçısı Salome Zourabişviliyə impiçment prosedurunu təkrar olaraq başladacaq.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, buna səbəb isə onun hökumətlə razılaşdırılmayan xarici səfərləri olub.
"Bizim konstitusiyamız - Gürcü xalqının iradəsinin özəl şəkildə əks olunduğu əsas qanundur. Buna görə onun bilərəkdən, açıq şəkildə və həyasızcasına pozulması cavabsız qala bilməz. Bunun əsasında parlament çoxluğu prezidentə qarşı impiçment prosedurunu təkrar başladaraq, yeni konstitusiya müraciəti hazırlamağa qərar verib və bu müraciət parlament seçkilərinə qədər Konstitusiya Məhkəməsinə təqdim ediləcək", - deyə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Oxşar xəbərlər
Tramp Kanada ilə ticarət müharibəsində uduzur - Atlantik
ABŞ Prezidenti Donald Trampın Kanada ilə ticarət münaqişəsində təzyiq siyasəti gözlənilən nəticəni verməyib. BAKU.WS xəbər verir ki, bu barədə "The Atlantic" ju...