Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun qəbul etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan parlamenti üçüncü yekun oxunuşda LGBT təbliğatına qarşı qanunu qəbul edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, səsvermənin nəticələri dövlət qurumunun internet saytında təqdim olunub.
Parlamentin 84 deputatı müvafiq qanun layihəsinin qəbul edilməsinə yekdilliklə səs verib. Qanun layihəsi prezident Salome Zurabişvili tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Lakin müxalifət qanun layihəsinə səsvermədə iştirak etməyib.
Xatırladaq ki, sentyabrın 4-də gürcü deputatlar ikinci oxunuşda qeyri-ənənəvi münasibətlərin təşviqinə qarşı qanun layihələri paketini qəbul ediblər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...