Gürcüstan nümayəndə heyəti etiraz əlaməti olaraq ATƏT PA-nın iclas zalını tərk edib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) Niderlandın Haaqa şəhərində keçirilən iclasını etiraz əlaməti olaraq tərk edib.
BAKU.WS xəbər verir ki, buna səbəb assambleyada qəbul edilən və Gürcüstanla bağlı qətnamənin də yer aldığı "Haaqa Bəyannaməsi" olub.
Gürcüstan nümayəndə heyətinin rəhbəri, parlamentin deputatı Nikoloz Samxaradze sənədin bəzi müddəalarının ölkədəki siyasi vəziyyəti təhrif etdiyini və milli maraqlara zidd olduğunu bildirib.
"Etiraz əlaməti olaraq nümayəndə heyətimiz səsvermədə iştirak etməyəcək", - deyə Samxaradze vurğulayıb.
ATƏT-in qəbul etdiyi qətnamədə Gürcüstanda 2024-cü ildə keçirilmiş parlament seçkiləri ilə bağlı narahatlıq ifadə olunub. Sənəddə beynəlxalq müşahidəçilərin hesabatlarına istinad edilərək seçkilər zamanı çoxsaylı pozuntuların qeydə alındığı bildirilib.
Gürcüstan nümayəndə heyəti iclas zalını tərk etsə də, Parlament Assambleyası bəyannaməni səs çoxluğu ilə qəbul edib.
Qəbul edilən sənəddə qeyd olunur ki, Gürcüstanda 2024-cü il parlament seçkiləri və 2025-ci ildə keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilər problemlərlə müşayiət olunub və xalqın iradəsini tam əks etdirməyib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...