Günəşdə X səviyyəli partlayış baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 1-də Günəşdə güclü X sinifli partlayış müşahidə olunub. Hadisə Bakı vaxtı ilə saat 16:33-də pik həddinə çatıb.
BAKU.WS xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası partlayışın X1.04 səviyyəsində olduğunu açıqlayıb. Alimlər yaxın günlərdə Günəşdə yeni iri hadisələrin baş vermə ehtimalının yüksək olduğunu vurğulayıblar.
Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalarının gücünə görə A, B, C, M və X siniflərinə ayrılır və X sinfi ən güclü kateqoriyanı təşkil edir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...