Günəşdə son iki ayın ən güclü partlayışı qeydə alınıb

Günəşdə son iki ayın ən güclü partlayışı qeydə alınıb
Dünya 47

Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsi Günəş-Yer Fizikası İnstitutunun alimləri Günəşdə iyun ayından bəri ən böyük partlayışın baş verdiyini açıqlayıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, hadisə 25 avqust saat 09:24-də qeydə alınıb və M4.6 sinifli partlayış olub. Bu sinif Günəş partlayışları arasında güc baxımından sonuncudan əvvəlki səviyyə hesab olunur.

Alimlər bildiriblər ki, hazırda aktiv radiasiya birbaşa Yerə yönəlməyib, lakin vəziyyət yaxın vaxtlarda dəyişə bilər. Proqnozlara əsasən, sabah günün ikinci yarısından etibarən Günəşin aktiv zonalarının təsiri Yerə çata bilər.

Bundan əvvəl ötən həftə də Günəşdə 50 dəqiqə davam edən M sinifli partlayış müşahidə olunmuşdu. Axtarışlar göstərir ki, bəzi sahələrdə hələ də yüksək enerji ehtiyatları mövcuddur.

Son xəbərlər