Günəş sistemində ulduzlararası komet aşkarlanıb

Günəş sistemində ulduzlararası komet aşkarlanıb
Dünya 64

Günəş sistemində ulduzlararası komet (Günəş Sisteminin kiçik cisimlərindən biri) aşkarlanıb.

BAKU.WS xəbər verir ki, NASA-nın dəstəklədiyi teleskoplar Günəş sisteminə ulduzlararası məkandan daxil olan 3I/ATLAS adlı kometanı qeydə alıb. Bu, indiyədək müşahidə olunan üçüncü ulduzlararası cisimdir. Saniyədə 60 kilometr sürətlə hərəkət edən obyektin Günəş sisteminə mənsub olmadığı təsdiqlənib.

Elm adamları kometanın Marsa ən çox 30 milyon, Yerə isə 270 milyon kilometr məsafəyə qədər yaxınlaşacağını bildirirlər. Heç bir toqquşma təhlükəsi yoxdur. Kometanın 2026-cı ilin ortalarına qədər müşahidə edilə biləcəyi gözlənilir.

Mütəxəssislər bu kimi cisimlərin başqa ulduz sistemlərinin quruluşu və planetlərin formalaşması barədə mühüm məlumatlar verdiyini vurğulayırlar.

Oxşar xəbərlər

Rokçunun konsertində 48 yaşlı qızına evlənmə təklifi edildi

Rokçunun konsertində 48 yaşlı qızına evlənmə təklifi edildi

Məşhur rokçu Ozzi Osbornun son konsertində maraqlı hadisə yaşanıb.  BAKU.WS xəbər verir ki, sənətçinin qızı 48 yaşlı Kelli Osborn uzun müddətdir sevgili olduğu...

30 Dünya 12:40 08 iyul 2025

Son xəbərlər