"Green Card" lotereyasında ən çox qalib ÖLKƏLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ukrayna vətəndaşları bu il ABŞ-də yaşamaq icazəsi verən məşhur "Green Card" lotereyasında yenidən ən çox uğur qazananlar arasında olublar.
BAKU.WS "RIA Novosti"nin rəsmi statistikaya əsasən xəbər verir ki, hər iki ölkə qaliblərin sayına görə dünya üzrə ilk üçlükdə qərarlaşıb.
2026-cı maliyyə ili üçün açıqlanan rəqəmlərə əsasən, 5 510 Rusiya, 5 283 isə Ukrayna vətəndaşı ABŞ immiqrasiya vizası üçün müraciət etmək hüququ əldə edib.
Qaliblərin sayında liderlik Misirə məxsusdur – 5 527 nəfər. Bu nəticələrlə Rusiya ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb.
Regionlar üzrə təhlil isə göstərir ki, lotereyanın əsas qalib ölkələri Afrikadandır; çünki seçilən müraciətlərin təxminən yarısı məhz Afrika qitəsinin payına düşür.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...