Gözəllik kraliçasına otel otağında hücum edilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Miss Global Venezuela 2024-2025" titulunun sahibi Andrea del Val Kann Film Festivalı zamanı qaldığı oteldə hücuma məruz qaldığını açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, model məşhur stilist Covanni Laqunanın ona fiziki xəsarət yetirdiyini iddia edib. Andrea del Val sosial şəbəkədə üzünün qan içində olduğu görüntüləri paylaşaraq hücuma məruz qaldığını bildirib.
Hadisə zamanı oteldən gələn səs-küy və dava səsləri səbəbindən polis əməkdaşları əraziyə çağırılıb. Məlumata əsasən, stilist Covanni Laquna saxlanılıb.
Bildirilir ki, model üz nahiyəsindən xəsarət alıb və xəstəxanada müalicə olunub. Onun vəziyyətinin stabil olduğu qeyd edilir. Hadisənin səbəbi hələlik açıqlanmayıb, Fransa polisi araşdırmanı davam etdirir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...