Gimnast Sabrina Voynya sevgilisini döyməkdə ittiham olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniyanın tanınmış idman gimnastı, Avropa çempionatlarının mükafatçısı Sabrina Voynya idmançı sevgilisi, Rumıniya kişi yığmasının üzvü Şerban Kotilranı fiziki zorakılığa məruz qoymaqda ittiham edilir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə idman kompleksinin ərazisində baş verib.
Məlumata əsasən, Voynya sevgilisinin onunla vaxt keçirmək istəməməsindən narazı qalıb. Əvvəlcə tərəflər arasında mübahisə yaranıb, daha sonra isə gimnastın təhqirlərə və fiziki təzyiqə əl atdığı iddia olunur.
Mənbələrin sözlərinə görə, oxşar insident həmin kompleksdə yerləşən otelin qeydiyyat bölməsində də təkrarlanıb. Bildirilir ki, Şerban Kotilran hadisə zamanı qarşılıq verməyib və müqavimət göstərməyib.
Daha sonra idmançı polisə müraciət edərək xəsarətlərini rəsmiləşdirib. Hadisənin müşahidə kameraları tərəfindən qeydə alınmış ola biləcəyi də qeyd edilir.
Sabrina Voynya Avropa çempionatlarının medalçısı olmaqla yanaşı, dünya çempionatlarında da Rumıniyanı təmsil edib. Onun sevgilisi Şerban Kotilran da ölkənin milli yığmasının üzvlərindən biridir.
Hazırda hadisə ilə bağlı rəsmi araşdırmanın aparıldığı bildirilir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...