FT: Blokadaya görə İranın 20 tankeri Şri-Lanka sahillərində qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika hərbçilərinin İran limanlarını blokadaya alması fonunda bu ölkənin bayrağı altındakı 20-yə yaxın tanker Şri-Lanka sahillərində toplanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Financial Times" (FT) monitorinq resurslarının məlumatlarına istinadən bildirib.
"TankerTrackers"in məlumatına görə, Şri-Lankanın müstəsna iqtisadi zonasına İranın dövlət qurumlarına məxsus təxminən 20 yüksüz tanker sığınıb.
"Kpler" şirkəti qeyd edir ki, ABŞ-nin İrana qarşı dəniz blokadasını bərpa etdiyi vaxtdan bəri Xark adasında Fars körfəzindən gələn heç bir tanker yüklənməyib. Bununla yanaşı, Şri-Lanka və Pakistan sahillərində onlarla boş tanker cəmləşib.
Şri-Lankanın Limanlar Nazirliyindən bildiriblər ki, ölkənin sahil xəttində İran tankerlərinin toplanmasından xəbərsizdirlər.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, avqustun 24-nə kimi Amerika hərbçiləri artıq 71 ticarət gəmisini ələ keçirib və üçünü sıradan çıxarıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...