Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb
Fransada 2027-ci il prezident seçkiləri ərəfəsində baş örtüyü ilə bağlı siyasi müzakirələr sosial mediada etiraz dalğasına səbəb olub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Milli Birlik (RN) partiyasının lideri Marin Le Penin baş örtüyünün ictimai yerlərdə qadağan edilməsi ilə bağlı planına etiraz edən çox sayda qadın sosial şəbəkələrdə başlarını örtərək videolar paylaşmağa başlayıb.
"TikTok", "Instagram" və "X" platformalarında yayılan görüntülərdə gündəlik həyatda baş örtüyü taxmayan qadınların müxtəlif rəng və formalarda yaylıqlarla kameralar qarşısına keçdiyi görülür. Etiraz aksiyasının əsas məqsədinin müsəlman qadınlarla həmrəylik nümayiş etdirmək və mümkün qadağaya qarşı çıxmaq olduğu bildirilir.
Fransa mediasının məlumatına görə, sosial şəbəkələrdəki kampaniyaya bəzi kişilər də qoşulub. Onlar saçlarını örtərək kamera qarşısına keçib və başörtülü qadınlara dəstək nümayiş etdiriblər.
Bəzi sosial media istifadəçiləri qanun qəbul ediləcəyi təqdirdə müsəlman olmadıqları halda belə baş örtüyü taxacaqlarını bildiriblər.
Müzakirələr parlamentari Jan-Filip Tanqinin açıqlamasından sonra daha da genişlənib. O, partiyasının 2027-ci ildə hakimiyyətə gələcəyi təqdirdə ictimai yerlərdə hicab qadağasına əməl etməyən qadınların cərimələnəcəyini deyib. Marin Le Pen isə daha sonra ictimai yerlərdə başörtüsünün qadağan edilməsini nəzərdə tutan qanun layihəsini referendum yolu ilə xalqın müzakirəsinə çıxarmaq istədiyini açıqlayıb.
Təklif Fransada din azadlığı və hüquqi baxımdan tətbiq imkanları ilə bağlı müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Həkim xəbərdarlıq etdi: Xoruldama bu halda təhlükəlidir
Xoruldama bəzi hallarda sağlam insanlarda da müşahidə oluna bilər. Lakin onun mütəmadi və yüksək səslə baş verməsi, xüsusilə yuxu zamanı nəfəsin dayanması ilə m...