Fransa və Oman Hörmüzün minalardan təmizlənməsi üzərində birgə işləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa və Oman gəmiçiliyin təhlükəsizliyini və azadlığını təmin etmək üçün Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarına qoşulmaq qərarına gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı Heytəm bin Tariq Al Səidlə danışıqların yekunları üzrə "X" sosial şəbəkəsində bildirib.
"Biz Yaxın Şərqdə gərginliyin azaldılması üzərində birgə işləyirik. Dəniz yollarının təhlükəsizliyini təmin etmək və Hörmüz boğazı vasitəsilə azad və şərtsiz gəmiçiliyə zəmanət vermək üçün boğazın minalardan təmizlənməsi əməliyyatlarının aparılmasında tərəfdaşlarımızla əməkdaşlıq etmək qərarına gəldik", - o yazıb.
Makronun sözlərinə görə, bu gün Oman və Fransa həmçinin ikitərəfli tərəfdaşlığı gücləndirməyə xidmət edən iqtisadi, elmi, mədəni və sənaye sahələrində bir sıra tarixi sazişlər bağlayıblar.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...