Fransa Ali Məhkəməsi Bəşər Əsədin həbs qərarını qüvvədən saldı
Fransanın Kassasiya Məhkəməsi bu gün keçirilən iclasda Suriyanın keçmiş prezidenti Bəşər Əsəd barəsində çıxarılmış həbs qərarını ləğv edib.
BAKU.WS-in AFP agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmə qərarı artıq hüquqi qüvvəsini itirib və bununla da Əsədin beynəlxalq axtarışa verilməsi prosesi dayandırılıb.
Xatırladaq ki, son həftələr ərzində Fransa hökuməti bir sıra ölkələrə rəsmi müraciətlər göndərərək Bəşər Əsədin mümkün yerləşdiyi ərazilərlə bağlı məlumat almağa çalışırdı. Lakin kassasiya məhkəməsinin qərarı bu istiqamətdə aparılan hüquqi prosedurların gedişinə ciddi təsir göstərə bilər.
Oxşar xəbərlər
Meksikada supermarketdə dəhşətli partlayış: 23 nəfər həyatnı itirdi
Meksikanın şimal-qərbində yerləşən Ermosiljo şəhərində supermarketdə baş verən güclü partlayış faciə ilə nəticələnib. BAKU.WS xəbər verir ki, hadisə nəticəsində...