Finlandiyada turistlər üçün qızıl külçə gizlədildi
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiyanın Laplandiya bölgəsində turistlər üçün maraqlı kampaniyaya start verilib. Təşkilatçılar təxminən 23 min dollar dəyərində qızıl külçəni gizlədərək ziyarətçiləri onu tapmağa dəvət ediblər.
BAKU.WS xəbər verir ki, "Gecəyarısı Günəşi Ovu" adlanan tədbir iyunun 18-də Levi Turizm Mərkəzində başlayacaq. İştirakçılar ilk ipucunu burada əldə etdikdən sonra bölgənin müxtəlif turistik məkanları və yürüş marşrutları boyunca yeni ipuclarını izləyərək qızılın yerini müəyyən etməyə çalışacaqlar.
Təşkilatçılar bildiriblər ki, qızıl külçə istənilən mərhələdə tapıla bilər. Yay boyunca əlavə ipucları paylaşılacaq və son ipucunun avqustun 22-də açıqlanması nəzərdə tutulur.
Şimal qütb dairəsinin yaxınlığında yerləşən Levi qış turizmi ilə məşhur olsa da, yay aylarında burada gecəyarısı günəşi müşahidə olunur və bəzi günlərdə günəş 24 saat ərzində batmır.
Layihənin təşkilatçıları iştirakçılara təbiətə zərər verməmək, müəyyən olunmuş ərazilərdən kənara çıxmamaq və heç bir qazıntı işi aparmamaq barədə xəbərdarlıq ediblər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...