Finlandiya Qrenlandiyadan öz hərbçilərini geri çağırır
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiyanın Danimarkanın xahişi ilə Qrenlandiyaya göndərdiyi əlaqələndirici zabitlərin missiyası başa çatıb və onlar yaxın günlərdə vətənə qayıdacaqlar.
BAKU.WS xəbər verir ki, bu barədə "Yle" portalı məlumat yayıb.
Bildirilir ki, Finlandiya ötən həftə Danimarkanın müttəfiqlərə etdiyi müraciətə cavab olaraq "Arctic Endurance" təlimlərində iştirak üçün Qrenlandiyaya zabitlər göndərmişdi.
Yle-nin məlumatına əsasən, Finlandiya ilə yanaşı daha yeddi ölkə də öz hərbçilərini Qrenlandiyaya göndərib. Almaniya və Niderlandın nümayəndələri artıq ölkələrinə qayıdıblar.
Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir. Buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp dəfələrlə adanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bəyan edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...