Finlandiya ilə İsveç arasında internet xətti zədələnib - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiya ilə İsveç arasındakı internet kabeli zədələnib, bunun cinayət nəticəsində baş verə biləcəyi ehtimal olunur.
BAKU.WS xəbər verir ki, bu barədə hər iki ölkənin KİV-i məlumat yayıb.
"Yle" portalının İsveçin SVT tele-radio şirkətinə istinadən verdiyi məlumata görə, kabelin zədələnməsi çərşənbə axşamı gecə saatlarında quru ərazidə, Finlandiyada aşkarlanıb.
İsveçin "Aftonbladet" nəşri yazır ki, Finlandiya polisi hadisənin cinayət nəticəsində baş verə biləcəyini düşünür.
Finlandiyanın Nəqliyyat və Kommunikasiya naziri Lulu Ranne sosial şəbəkədəki hesabında bildirib ki, "səlahiyyətli qurumlar şirkətlə birlikdə vəziyyəti araşdırır". O, vəziyyətin ciddiyə alındığını vurğulayıb.
Rəqəmsal infrastruktur və məlumat ötürmə xidmətləri göstərən Globalconnect şirkəti zədələnmiş optik lif kabelinin bərpası üzərində işlədiyini açıqlayıb.
Zədələnmə nəticəsində Finlandiyada təxminən 6000 evi, eləcə də yüzlərlə korporativ müştəri bir müddət internetdən məhrum qalıb. İsveçdə isə problem yaşanmayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...