Filippində dəhşətli zəlzələ - Ölənlərin sayı artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Filippinin cənubunda güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı artıb. Son məlumatlara əsasən, hadisə nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fəlakət Riskinin Azaldılması və Aradan Qaldırılması Milli Şurası (NDRC) məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət ümumilikdə 8 400 nəfərə təsir göstərib. Onlardan təxminən 8 000 nəfər təhlükəsizlik məqsədilə təxliyə mərkəzlərinə köçürülüb.
Oktyabrın 10-da səhər saatlarında Filippində 7,4 maqnitudalı güclü yeraltı təkan baş verib. Günün ikinci yarısında isə bölgə 6,8 maqnitudada təkrar zəlzələ ilə silkələnib. Yerli seysmoloqlar ümumilikdə 700-dən çox afterşok qeydə alıblar.
Zəlzələdən sonra Şərqi Davao, Şərqi Samar, Cənubi Leyte və Suriqao əyalətlərində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...