Ferhat Göçer təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi
Müğənni Ferhat Göçer təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkədə üç rəngli bayrağımızın fotosunu paylaşaraq yaşamış qəzaya görə fərin kədər hissi keçirdiyini bildirib:
"Təyyarə qəzasında vəfat edənlərə Allahdan rəhmət, yaxınlarına səbər diləyirəm, başımız sağolsun. Azərbaycan başın sağolsun!".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...