"Fənərbaxça" konqresinin üzvündən məşhur müğənniyə əxlaqsız təklif

Məşhur müğənni Nezə əxlaqsız təklif edilib.
BAKU.WS xəbər verir ki, sosial şəbədə "Fənərbaxça" konqresinin üzvü olduğu qeyd edilən Ç. Ö. adlı şəxs sənətçiyə "3 və ya 4 min dollara xüsusi nə ola bilər Nez xanım" deyə sual verib.
Nez bu mesajı sosial şəbəkədə ifşa edib.
"Xahiş edirəm bu şəxsə iki kəlimə yazın. Bezdirib məni! Çox tərbiyəsizdir. Özü də "Fənərbaxça" konqresinin üzvüdür. Profilində uşağının şəkili də var" - deyə, müğənni qeyd edib.
Yaşananlardan sonra "Fənərbağça"nın prezidenti Ali Koç məsələyə reaksiya bildirib.
O həmin şəxs barədə "Konqresə üzvlüyü dərhal dayandırılmalı və stadionlara buraxılmamalıdır" təlimatını verib.
Oxşar xəbərlər
Almaniyada yaşayanların DİQQƏTİNƏ! Hər evdə 10 günlüyə qədər fövqəladə ehtiyat saxlanılmalıdır
Almaniyanın Federal Mülki Müdafiə və Fövqəladə Yardım İdarəsi (BBK) tərəfindən hazırlanan "Kriz və Fəlakətlərə Hazırlıq" adlı yeni hesabatda hər bir ailəyə 3–10...
