Fatih Terimin 34 yaşlı qızı əməliyyat olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terimin qızı Buse Terim əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, 34 yaşlı Buse boyun yırtığından (qrija) əməliyyat olunub.
Bu barədə o özü məlumat verib.
Buse sosial şəbəkə hesabında xəstəxanadan görüntüsünü paylaşıb.
"Hər kəsə salam. Uzun müddətdir davam edən və artıq həyatımı məhdudlaşdıran ağrılarımdan sonra kiçik bir əməliyyat keçirdim.
Arzularınız və xoş mesajlarınız üçün çox sağ olun. Mən bu prosesi geridə qoyub işimə diqqət yetirmək istəyirəm. Hamımıza sağlamlıq və daha ədalətli bir dünyanın mümkün olduğu bir gələcək arzulayıram" - deyə Buse Terim bildirib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...