Evsiz şəxs lotereyadan 1 milyon dollar UDDU

Evsiz şəxs lotereyadan 1 milyon dollar UDDU
Dünya 18247

Evsiz şəxs lotereyadan 1 milyon dollar qazanaraq həyatını dəyişib.

BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında küçələrdə yaşayan bir şəxs lotereyadan 1 milyon dollar (təxminən 38 milyon manat) qazanaraq gündəmə gəlib. Şanslı şəxs qazancını ev və avtomobil almaq üçün istifadə etməyi planlaşdırır.

Məlumata görə, kimliyi açıqlanmayan bu şəxs lotereya biletini illərdir müştərisi olduğu spirtli içki dükanından alıb. O, bileti dükandan çıxan kimi cıraraq qazandığını anlayıb və sevincini gizlədə bilməyib.

Dükan müdiri Uilson Samaan KSBY kanalına açıqlamasında belə deyib: "Dükanımıza gəldi, bileti cırdı və heyrətlə dedi: "Aman Tanrım, bu doğrudurmu? Mən artıq evsiz deyiləm!". Mən də ona dedim: "Dostum, durnanı gözündən vurmusan"".

"The Guardian" nəşrinin yaydığı xəbərə görə, əvvəlcə 100 min dollar qazandığını zənn edən şəxsə müdiri bunun əslində 1 milyon dollar olduğunu təsdiqləyib. Daha sonra Samaan onu avtomobillə Kaliforniyanın Fresno şəhərinə apararaq uduş biletini rəsmi olaraq təqdim etməsinə kömək edib.

Oxşar xəbərlər

Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI

Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI

Belarusda "VKontakte" sosial şəbəkəsinə giriş bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Belarusun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tabe ola...

52 Dünya 22:55 24 oktyabr 2025

Son xəbərlər