Evlilik proqramının iştirakçısı 10 il öncə baş vermiş cinayətə görə həbs olundu
Rusiyanın "Evlənək!" şousunun iştirakçısı on il əvvəl baş vermiş qətlə görə 15 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin əməkdaşı Yelena Markovskaya məlumat verib.
İstintaqın məlumatına görə, 2014-cü il avqustun 9-da hücumçu tanışı ilə Krasnodon şəhərinə yollansa da, yolu azıb. Həmin şəxslər yoldan keçən iki nəfərdən yolu soruşmaq qərarına gəliblər və onlardan birinin üzərində qiymətli əşyalar olduğunu görüb, hər ikisini silahla hədələyərək maşına mindiriblər. Nəticədə qurbanlar Luqansk meşə zolağına aparılıb, onlardan biri orada öldürülüb.
Məlumata görə, kişi 2019-cu ildə məşhur "Evlənək" verilişində iştirak edib, lakin gəlin başqa bəyi seçib.
Oxşar xəbərlər
Hindistanda yük və sərnişin qatarı toqquşub
Hindistanın Çhattisqarh əyalətinin Bilaspur rayonunda yük və sərnişin qatarı toqquşub. Qəza nəticəsində altı nəfər ölümcül xəsarət alıb. BAKU.WS Oxu.Az-a istina...