Etna vulkanının püskürməsi uçuşları dayandırdı
İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanında baş verən püskürmə nəticəsində yaranan kül buludu hava nəqliyyatına təsir edib.
BAKU.WS xəbər verir ki, vulkandan havaya qalxan külün Katanya hava limanı ətrafındakı hava məkanına yayılması səbəbindən hava limanına gələn reyslər müvəqqəti olaraq dayandırılıb.
Hava limanının operatoru SAC-ın sosial media hesabında yayılan açıqlamaya görə, gəliş reysləri yerli vaxtla saat 15:00-dək təxirə salınıb.
Bildirilib ki, kül buludu Katanya hava limanında uçuş əməliyyatlarına ciddi təsir göstərib. Sərnişinlərə hava limanına yola düşməzdən əvvəl reyslərinin vəziyyətini aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə olunub.
Qeyd edək ki, Etna vulkanı təxminən 3 300 metr hündürlüyü ilə kontinental Avropanın ən yüksək aktiv vulkanı hesab olunur.
Oxşar xəbərlər
ABŞ hərbi kiberhücum bölməsində bir ay ərzində 5 intihar hadisəsi baş verib
ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığında hərbçi hakerlər arasında bir-birinin ardınca baş verən intiharlarla bağlı araşdırma aparılır. Məlumata görə, 2026...