Ermənistanın KTMT-dən çıxması elan edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb.
BAKU.WS xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin təşkilatdakı statusu barədə "Armenpress" agentliyinə verdiyi açıqlamada bildirib.
Simonyana "Niyə Ermənistan hələ də KTMT-dən çıxmayıb?" sualı ünvanlanıb. O, isə belə cavab verib: "Biz faktiki olaraq çıxmışıq".
Alen Simonyan qalan məsələlərin İrəvanın məqsədəuyğunluq baxımından verəcəyi qərarlara aid olduğunu da deyib. Simonyan həmçinin qeyd edib ki, təşkilatdan faktiki çıxış Rusiyaya qarşı əhval-ruhiyyənin təzahürü deyil.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...