Ermənistanda Rusiya hərbçiləri təlim keçir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Müdafiə Nazirliyinin Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının "Alagöz" poliqonunda döyüş atəşləri ilə batalyon taktiki təlimlərinə start verilib.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, təlimlərdə hərbi qulluqçular tabor taktiki qrupuna daxil olan bölmələr arasında döyüş və qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqları məşq edirlər.
Diplomatik nümayəndəlikdən verilən məlumata görə, təlimlərin birinci mərhələsində döyüş hazırlığının ən yüksək səviyyəyə çatdırılması, cəmləşmə zonasına yürüş, komanda məntəqələrinin yerləşdirilməsi və təchiz edilməsi, texnikanın kamuflyaj edilməsi və yerləşdirilməsi, döyüş məntəqələrinin təşkili kimi tədbirlər həyata keçirilib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...