Ermənistan "Su-30" qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Hindistanın "Hindustan Aeronautics Limited" təyyarə istehsalı korporasiyası ilə arsenalında olan "Su-30" qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır.
"Report" xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat verib.
O qeyd edib ki, o, artıq Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauxan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib.
"Hindustan Times" qəzetinin adını açıqlamadığı Hindistan rəsmisi Ermənistanın "Su-30"un korporasiya tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib:
"Bu məsələ ilə bağlı aparılan danışıqlar ilkin mərhələdədir. Ermənistanın arsenalında olan "Su-30" variantı Hindistan Hərbi Hava Qüvvələrindəki "Su-30MKI"dən fərqlidir".
Qeyd edək ki, "Hindustan Aeronautics Limited" Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...