Ermənistan Rusiyaya nota verib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanda baş verən son daxili siyasi proseslərlə bağlı Rusiyadan verilən bəyanatlara görə bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "radar.am" portalına Ermənistan XİN-dən bildirilib.
Ermənistan XİN bəyan edib ki, İrəvan Rusiyadan gələn qiymətləndirmələrdən narazılığını diplomatik kanallar vasitəsilə Moskvaya çatdırıb.
"Rusiyanın İrəvandakı səfiri XİN-ə çağırılıb və ona nota təqdim olunub", - nazirlikdən bildiriblər.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...