Ərdoğan-Paşinyan görüşündə müzakirə olunan məsələlər açıqlanıb

Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələrin normallaşmasını müzakirə edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə şəxsi "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, tərəflər həmçinin regional inkişafları və davamlı dialoqun əhəmiyyətini müzakirə ediblər.
***20:25
Türkiyənin İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Bildirilib ki, məhdud tərkibdə baş tutan görüş Dolmabağça sarayında keçirilir.
Oxşar xəbərlər
İranda güclü zəlzələ oldu
İranın şimalında 5,1 bal gücündə zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı t...
