Ərdoğanın Suriyanın müvəqqəti prezidenti ilə görüşü başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyanın yeni lideri Əhməd əş-Şaraa Türkiyədə səfərdədir.
Bu barədə "Haber Global" məlumat verib.
Qeyd olunur ki, suriyalı qonağın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşü başlayıb.
İkitərəfli görüş və heyətlər arasında rəsmi ziyafətdən sonra Ərdoğan və əş-Şaraa birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya liderləri tərəfindən ilk səfərdir. Sonuncu dəfə Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2007-ci ildə Türkiyəyə rəsmi səfər edib. Daha sonra onun dəvəti ilə Türkiyə Prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyaya səfər edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...