Ərdoğan: Türkiyə Suriyada sabitliyin təmin olunmasını istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
"Türkiyə Suriyada sabitliyin təmin olunmasını istəyir".
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır: "Türkiyə özü üçün nə istəyirsə, qonşular üçün də onu istəyir. Biz Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq və bu ölkə sabitliyə layiqdir. Türkiyənin yeganə məqsədi Suriya xalqının azadlığıdır. Biz ilk gündən bəri bunun üçün çalışırıq".
Türkiyə lideri əlavə edib ki, rəsmi Dəməşq Ankaranın köməyinə adekvat cavab verməyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...