Ərdoğan: "Prezidentliyə yenidən namizədliyimi irəli sürməyəcəyəm"

Ərdoğan: Prezidentliyə yenidən namizədliyimi irəli sürməyəcəyəm
Dünya 102

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin növbədənkənar seçki çağırışlarına münasibət bildirib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə təyyarədə jurnalistlərə açıqlama verib.

O, Türkiyənin hazırda tarixinin ən güclü dövrünü yaşadığını vurğulayıb.

"Türkiyəni belə bir çətinliyə salmarıq, buna ehtiyac da yoxdur. Türkiyə hazırda tarixinin ən sabit və güclü dövrünü yaşayır. CHP-nin hər məğlubiyyətdən sonra vaxt keçdikcə "növbədənkənar seçki" çağırışlarına başlaması yeni deyil. Onlar bu çağırışlara sərf etdikləri vaxtı xalqa xidmətə sərf etsələr, bəlkə də xalqın rəğbətini qazana bilərlər".

Türkiyə lideri həmçinin vurğulayıb ki, yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində deyil:

"Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur. Bizim qayğımız ondan ibarətdir ki, atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik. Allaha şükürlər olsun ki, Türkiyənin milli gəliri indi güclü mövqeyə çatıb. Biz vəzifəyə gələndə rəqəmlər nə idi, indi rəqəmlər haradadır?

İxracata baxanda Allaha şükürlər olsun ki, ixracatda 265-270 milyard dollar səviyyəsinə çatmışıq. Digər tərəfdən adambaşına düşən milli gəlirimiz o illərlə müqayisədə pik həddə çatmağa başladı. Ehtiyatlarımız da qalxmağa başladı. Xəzinəmiz hazırda valyuta ehtiyatları baxımından güclüdür".

Son xəbərlər