Ərdoğan Paşinyanı qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tianjin şəhərində səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qaldığı oteldə Ermənistanın baş naziri Paşinyanı qəbul edib.
BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, qəbulda həmçinin qardaş ölkənin xarici işlər naziri Hakan Fidan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak ediblər.
Prezident Ərdoğanın Ermənistanın baş naziri Paşinyanla görüşündə Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar fonunda müzakirələr edilib.
Qəbulda Türkiyə lideri Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edərək, Türkiyənin bölgədə sülh, sabitlik və inkişafı dəstəklədiyini və prosesə töhfə verməyə davam edəcəyini bildirib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...