Ərdoğan Nyu-Yorkda Trampla görüşdə müzakirə olunacaq məsələləri açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edib.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir, Türkiyə dövlət başçısı jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Trampla görüş keçirəcəyini və buna xüsusi önəm verdiyini bildirib:
"Trampla görüşlərimiz olacaq. Bizim üçün Orta Şərqdə atılacaq hər addım həyati əhəmiyyət daşıyır. Bu görüşlər çox önəmlidir".
Ərdoğan Suriya və digər regional məsələlərə də toxunub.
"Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ikitərəfli görüşlərimiz var. Trampla bununla bağlı da müzakirələr aparacağıq. Çünki bu, birbaşa regionu maraqlandırır", - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Ərdoğanın Donald Trampla görüşü sentyabrın 25-də Vaşinqtonda Ağ Evdə baş tutacaq.
Görüş zamanı ticarət əlaqələri, qlobal məsələlər və hərbi əməkdaşlıq müzakirə ediləcək.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...