Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda məktəbə silahlı hücumla bağlı ölən müəllim və şagirdlərin ailələrinə başsağlığı verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Ərdoğan vurğulayıb ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır:
"Millət olaraq hamımızı kədərləndirən hücumdan siyasi polemika və reytinq üçün vasitə kimi istifadə edilməməsi mənəviyyat və vicdan borcdur.
Vəziyyətin həssaslığını nəzərə alaraq, cəmiyyətin bütün təbəqələrindən, xüsusən də mətbuatdan diqqətli olmağı xahiş edirəm" - Prezident bildirib.
Qey edək ki, Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.
Oxşar xəbərlər
İran Pakistandan başqa heç yerdə ABŞ ilə danışıqlar aparmaq istəmir
İran İslamabaddan başqa heç bir yerdə ABŞ ilə növbəti danışıqlar raundunu keçirməyi düşünmür. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Tasnim" age...