Ərdoğan: Məkkə Sazişi heç bir dövlətə qarşı yönəlməyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Sazişi hər hansı bir ölkəyə qarşı yaradılmış hərbi ittifaq deyil.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, sazişin əsas məqsədi regional təhlükəsizliyin gücləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi üzrə birgə layihələrin həyata keçirilməsi və terrorizmlə mübarizənin daha səmərəli təşkil edilməsidir.
Ərdoğan qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunan özünümüdafiə hüququna əsaslanan bu razılaşma bölgədə sülh, sabitlik və rifahın möhkəmləndirilməsinə xidmət edir. O vurğulayıb ki, saziş dinc əməkdaşlıq prinsiplərini dəstəkləyən və regional sabitliyə töhfə vermək istəyən bütün dost və qardaş ölkələrin qoşulmasına açıqdır.
Türkiyə lideri əlavə edib ki, Ankara beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq, regional problemlərin dialoq və diplomatik yollarla həllini bundan sonra da prioritet hesab edəcək.
Xatırladaq ki, avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıblar. Sənədə əsasən, ittifaq üzvlərindən birinə qarşı həyata keçirilən hücum bütün iştirakçılara qarşı edilmiş hücum kimi qiymətləndiriləcək və kollektiv müdafiə mexanizmi işə düşəcək.
Oxşar xəbərlər
Kristofer Nolanın "Odisseya"sı 1 milyard dollardan çox gəlir gətirdi
Rejissor Kristofer Nolanın "Odisseya" filmi dünya üzrə nümayişindən cəmi üç həftə sonra 1 milyard dollar gəlir əldə edib. BAKU.WS xəbər verir ki, ekran əsəri ha...