Ekrem İmamoğlu istintaqın dörd milyardlıq zərər iddiasına cavab verməkdən imtina edib
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu ittiham edildiyi "Tender saxtakarlığı" maddəsi üzrə ifadə verib.
BAKU.WS xəbər verir ki, müstəntiqlər reklam tenderi zamanı yol verilən qanunsuzluq nəticəsində dövlətə dörd milyard lirə (185 milyon manat - red.) dəyərində zərər dəydiyini bildirib.
İmamoğlu suallara cavab vermək istəmədiyini və iddiaları qəbul etmədiyini deyib.
Məlumat üçün bildirək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və 99 şübhəli barəsində "Cinayət təşkilatının lideri və ya üzvü olmaq", "Qəsbkarlıq", "Rüşvətxorluq" və "Tender saxtakarlığı" maddələri üzrə saxlanılmaları barədə qərar verilib.
Oxşar xəbərlər
Türkiyədə qadın alt paltarı mağazasının dualarla açılışı edildi
Türkiyənin Çorum şəhərində qadın alt paltarı mağazasının açılışı dualarla edilib. BAKU.WS xəbər verir ki, açılış mərasimində bələdiyyə sədri, siyasi partiya nüm...