Əfqanıstanda qadınların səsinə də qadağa gəldi
Əfqanıstan hökumətinin rəsmiləri Qəndəhar əyalətində qadınlara radioda əyləncə proqramları yayımlamağı qadağan edib.
BAKU.WS xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzinin (AFJC) mətbuat xidməti hakimiyyət orqanlarının bəyanatına istinadən məlumat yayıb.
"Administrasiya qadın səslərinin yayımını tamamilə qadağan edib və mediadan bundan sonra hakim administrasiyanın başçısına "Əmirəl-möminin həzrətləri, Allah onu qorusun" xitabından istifadə etməyi tələb edib", - deyə məlumatda bildirilir.
Bundan başqa, KİV-ə kosmetik məhsullar, eləcə də klinika və xəstəxanaların rəsmi qeydiyyatı olmayan reklamlarının dərci qadağan edilib.
Oxşar xəbərlər
Estoniya Moldovada səfirlik açır
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Kişineua səfəri çərçivəsində moldovalı həmkarı, baş nazirinin müavini Mihai Popşoyla görüşüb. BAKU.WS "Report"a i...