Əfqanıstanda güclü zəlzələ: 20 nəfər ölüb, 140 yaralı var

Əfqanıstanda güclü zəlzələ: 20 nəfər ölüb, 140 yaralı var
Video
Dünya 116

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Afghanistan International" məlumat yayıb.

Bildirilir ki, ən böyük dağıntı və itkilər Samanqan və Balx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.

***08:20

Əfqanıstanın şimalında baş verən güclü zəlzələ faciəyə səbəb olub.

BAKU.WS "Reuters"-ə istinadən xəbər verir ki, 6,3 maqnitudalı zəlzələnin episentri Hindquş dağlarında, Məzari-Şərif şəhərindən təxminən 37 kilometr şimal-qərbdə yerləşib.

Məlumata görə, təkanlar nəticəsində azı yeddi nəfər həyatını itirib, 150-yə yaxın insan isə yaralanıb.

Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, osial mediada yayılan görüntülər bölgədə böyük dağıntıların və insan itkisi ehtimalının yüksək olduğunu göstərir.

Son xəbərlər